...

ABŞ-da koronavirusdan sutka ərzində 2 108 insan ölüb

Dünya xəbərləri Materials 12 Aprel 2020 00:35 (UTC +04:00)
ABŞ-da koronavirusdan sutka ərzində 2 108 insan ölüb

Bakı. Trend:

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 2 108 insan dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 20 071 nəfərə çatıb.

Bildirilir ki, ölkədə koronavirusa 519 453 yoluxma halı qeydə alınıb, 29 507 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti