...

Ermənistanda daha 50 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 23 Aprel 2020 11:06 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 1 523 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 50 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 24 nəfər koronavirusun qurbanı olub, 840 nəfərin müalicəsi davam edir.

Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti