...

Belarusda koronavirusa yoluxanların sayı 10 mini ötüb

Dünya xəbərləri Materials 26 Aprel 2020 18:09 (UTC +04:00)
Belarusda koronavirusa yoluxanların sayı 10 mini ötüb

Bakı. Trend:

Belarusda yeni növ koronavirusa yoluxanların sayı 10 463 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Belta"ya ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 1 695 nəfər sağalıb, 72 nəfəri isə dünyasını dəyişib.

Bildirilir ki, ölkədə 147 525 koronavirus testi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti