...

Materik Çində sutkada bir aktiv koronavirusa yoluxma faktı aşkar edilib

Dünya xəbərləri Materials 9 May 2020 06:44 (UTC +04:00)
Materik Çində sutkada bir aktiv koronavirusa yoluxma faktı aşkar edilib

Bakı. Trend:

Materik Çində son 24 saat ərzində xaricdən gətirilən bir koronavirusa yoluxma halı (Tyantsin şəhəri), həmçinin ölkə daxilində xəstəliyin simptomsuz keçməsinin 15 fakti qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Ölkədə sutka ərzində koronavirusla bağlı ölüm faktı qeydə alınmayıb.

Dekabr ayından bəri Çində 4 633 nəfər koronavirusun səbəb olduğu ağırlaşmadan ölüb, 82 887 nəfər koronavirusa yoluxub, onlardan 1 681 nəfəri xaricdən gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti