...

Çində ötən sutka ərzində cəmi 1 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Dünya xəbərləri Materials 12 May 2020 08:16 (UTC +04:00)
Çində ötən sutka ərzində cəmi 1 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Bakı. Trend:

Çində ötən sutka ərzində cəmi 1 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halı Daxili Monqolustan Muxtar Rayonunda, xaricdən qayıtmış vətəndaşda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 15 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, 760 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 919 nəfərə çatıb, ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti