...

Dünyada koronavirusa yoluxanların sayı 5,2 milyonu ötüb

Dünya xəbərləri Materials 23 May 2020 08:57 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 5,2 milyonu ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5,2 milyon nəfəri ötüb.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Con Hopkin Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada 5 211 172 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 338 183 nəfəri vəfat edib, 2,05 milyon nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (1,6 milyon), Braziliyada (330,8 min), Rusiyada (326,4 min), Böyük Britaniyada (255,5 min) və İspaniyada (234,8 min) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti