...

Tramp G7 sammitinin vaxtını dəyişib

Dünya xəbərləri Materials 31 May 2020 06:11 (UTC +04:00)
Tramp G7 sammitinin vaxtını dəyişib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp G7 sammitinin vaxtını iyunun axırından sentyabr ayına keçirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Ağ Evdən qeyd ediblər ki, ABŞ prezidenti sammitə həmçinin Rusiya, Hindistan, Avstraliya və Cənubi Koreyanı da dəvət etmək niyyətindədir.

D.Trampın sözlərinə görə, G7 çox köhnəlmiş ölkələr qrupudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti