...

Koronavirusa yoluxmuş Paşinyan öz səhhəti barədə danışdı

Dünya xəbərləri Materials 8 İyun 2020 14:22 (UTC +04:00)
Koronavirusa yoluxmuş Paşinyan öz səhhəti barədə danışdı

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağalıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə baş nazir öz "Facebook" səhifəsində yazıb.

O, ötən gün və bu gün keçirilən testlərin mənfi nəticə verdiyini deyib. Bundan başqa, N.Paşinyanın ailə üzvlərinin də sağaldığı bildirilib.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 1-də özünün və ailə üzvlərinin koronavirusa yoluxduğunu açıqlamışdı.

Xəstəliyi simptomsuz keçirən N.Paşinyan öz iqamətgahında təcrid olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti