...

ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin Birinci Dünya müharibəsindəki itkilərinin sayını ötüb

Dünya xəbərləri Materials 17 İyun 2020 09:33 (UTC +04:00)
ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin Birinci Dünya müharibəsindəki itkilərinin sayını ötüb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı ölkənin Birinci Dünya müharibəsindəki itkilərinin sayını ötüb.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, ABŞ tərəfdən Birinci Dünya müharibəsi zamanı 116 516 nəfər həlak olub, hazırkı dövrdə ölkədə koronavirusdan ölənlərin sayı isə 116 917 nəfərdir.

Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ koronavirusa yoluxma hallarının sayına görə hələ də dünyada birinci yerdədir: 2 136 043 yoluxma halı. Ölkədə koronavirusa yoluxanlardan 583,5 mini sağalıb.

Bildirilir ki, koronavirusdan ən çox ölüm halı Nyu-York (30 909) ştatında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti