...

Rusiyada koronavirusa yoluxanların sayı artır

Dünya xəbərləri Materials 17 İyun 2020 12:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 843 nəfər virusa yoluxub, 194 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 553 301 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 478 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 304 342 nəfər virusdan sağalıb, 241 481 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti