...

Meksikada güclü zəlzələ olub - ölən var

Dünya xəbərləri Materials 23 İyun 2020 22:20 (UTC +04:00)
Meksikada güclü zəlzələ olub - ölən var

Bakı. Trend:

Meksikanın Oaxaka ştatında baş verən güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Alexandro Murat bildirib.

Qubernator deyib ki, ilkin məlumatlara görə, Krusesitas yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.

Onun sözlərinə görə, təbii fəlakət bəzi bina və infrastrukturlara da zərər vurub.

Qeyd edək ki, Meksika Milli Seysmoloji Xidmətinin verdiyi məlumata görə, 7,5 bal gücündə zəlzələ Sakit okean sahillərində Krusesita kəndindən 23 km məsafədə 5 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt da daxil olmaqla ən az 5 bölgədə hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti