...

Türkiyə sahillərində qaçqınları aparan qayıq aşıb

Dünya xəbərləri Materials 29 İyun 2020 13:23 (UTC +04:00)
Türkiyə sahillərində qaçqınları aparan qayıq aşıb

Bakı. Trend:

Türkiyənin qərbində Balıkesir vilayəti sahillərində qaçqınları aparan qayıq aşıb.

Trend-in məlumatına görə, xilasetmə işləri üçün hadisə yerinə 3 kater göndərilib.

Batmış qayıqdan 35 nəfəri xilas etmək mümkün olub. Daha 4 nəfərin axtarışları davam edir.

Axtarış-xilasetmə işlərinə helikopter də cəlb olunub.

Qaçqınların sözlərinə görə, qəza Yunanıstan sərhədçilərinin qayıqla sərt təmasından sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti