...

Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

Dünya xəbərləri Materials 5 İyul 2020 11:57 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 28 606 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 706 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 484 nəfər koronavirusdan ölüb, 11 824 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti