...

Özbəkistanda koronavirusa yoluxanların sayı 35 min nəfəri ötüb

Dünya xəbərləri Materials 16 Avqust 2020 23:18 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 35 min nəfəri ötüb

Bakı. Trend:

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa 408 nəfər yoluxub.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 35 109 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan 30 664 nəfəri sağalıb, 230 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti