...

Əfqanıstan hökuməti 5 minə yaxın talibançını azad edib

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 14:06 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatı ilə əldə edilmiş razılıq çərçivəsində 5 minə yaxın talibançını həbsdən azad edib.

Trend-in məlumatına görə, razılaşmaya əsasən 5 min nəfər azad edilməli olsa da, bəzi silahlıların buraxılmasına xarici ölkələr qarşı çıxıb.

Qeyd edək ki, tərəflər arasında razılaşma bu ilin fevralında Qətərdə imzalanıb. Sazişə əsasən, “Taliban” da saxladığı min nəfəri azad etməlidir. Bundan başqa, 14 ay ərzində ABŞ və müttəfiqlər Əfqanıstan ərazisindən qoşunları çıxarmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti