...

Rusiyada qubernator koronavirusa yoluxub

Dünya xəbərləri Materials 22 Sentyabr 2020 10:44 (UTC +04:00)
Rusiyada qubernator koronavirusa yoluxub

Bakı. Trend:

Rusiyada Altay diyarının qubernatoru Viktor Tomenko koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə qubernatorun mətbuat xidməti bildirib.

Virus testi müsbət nəticələnmiş V.Tomenko özünütəcrid rejiminə keçib. Onun azı iki həftə müddətində karantin rejimində işini davam etdirəcəyi deyilir.

Qubernatorun növbəti 14 gün ərzində təyin olunan bütün görüşləri və tədbirlər ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Saratov vilayətinin qubernatorunda koronavirus aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti