...

Türkiyədə koronavirusdan sağalanların sayı 286 min nəfəri ötüb

Dünya xəbərləri Materials 6 Oktyabr 2020 02:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 498 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 412 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 326 046 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 320 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 286 370 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti