...

Ərdoğan və Bəhreyn kralı iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 13 Noyabr 2020 04:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyn kralı Həməd ibn İsa Əl Xəlifə ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi bildirib.

Məlumata əsasən, Türk-Bəhreyn əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Türkiyə dövlətinin başçısı Ankara ilə Körfəz ölkələri arasında dərin tarixi köklərə, insan və mədəni əlaqələrə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsi bölgənin üzləşdiyi bir çox ümumi problemin həllinə müsbət töhfə verəcəyinə əminliyini bildirdi.

Ərdoğan Bəhreyn Baş naziri Xəlifə bin Salman Əl Xəlifənin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti