...

Baydendən ilk - Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər

Dünya xəbərləri Materials 18 Dekabr 2020 09:22 (UTC +04:00)
Baydendən ilk -  Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər

Bakı. Trend:

Cozef Bayden Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək.

Trend-in məlumatına görə, 60 yaşlı Haaland Nyu Meksiko ştatının qərbi-mərkəzi hissəsində yerləşən Albukerk şəhərində məskunlaşan Pueblo xalqının nümayəndəsidir.

Namizəd rəhbər vəzifədə təsdiqlənərsə, Haaland ABŞ-ın yerli amerikan xalqlarından olan ilk nazir olacaq.

Bildirilir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosi baydenin seçimini dəstəkləyib.

"Prezident onu Daxili İşlər Naziri seçmişdisə, əla seçim etdi" - Pelosi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti