...

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu, ölənlərin sayı 78 mini ötüb

Dünya xəbərləri Materials 10 Fevral 2021 12:22 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu, ölənlərin sayı 78 mini ötüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 14 494 nəfər virusa yoluxub, 536 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 012 710 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 78 134 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 516 461 şəxs virusdan sağalıb, 418 115 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti