...

Aİ sakinləri mayda vaksin pasportları alacaq

Dünya xəbərləri Materials 9 Mart 2021 20:09 (UTC +04:00)
Aİ sakinləri mayda vaksin pasportları alacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Koronavirusa qarşı peyvəndlənmiş Avropa İttifaqı (Aİ) sakinləri bu ilin mayında vaksin pasportları ala bilər.

Trend-in məlumatına görə, bunu Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek deyib.

O bildirib ki, Avropa Komissiyasında həmin pasportların layihəsi martın 17-dək hazır olacaq.

Vaksin pasportlarında peyvəndin müddəti, növü, eləcə koronavirus testi barədə məlumatlar yer alacaq. Sənədin məlumatları rəqəmsal formatda olacaq və smartfon kimi qurğularda saxlamaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti