Bakı. Orxan Nəbiyev - Trend:
Süveyş kanalında konteyner gəmisinin saya oturması ilə əlaqədar iki gündür ki, hərəkət tamamilə dayanıb.
Trend-in məlumatına görə hazırda 10-a yaxın buksir gəmisi "Ever Given" gəmisinin hərəkətini bərpa etmək üçün işlər aparır.
Qeyd edək ki, ötən gün 400 metr uzunluğunda, 200 min tondan çox yükqaldırma qabiliyyəti olan gəmi Süveyş kanalında hərəkəti iflic edib.
Dünya ticarət daşımalarının təxminən 12 faizi Süveyş kanalının payına düşür.
Hazırda kanalda onlarla gəmi hərəkətin bərpa olunmasını gözləyir.