...

İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq

Dünya xəbərləri Materials 13 Aprel 2021 16:21 (UTC +04:00)
İsrail peyvənd olunmuş turistləri qəbul etməyə başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

İsrail mayın 23-dən başlayaraq peyvənd olunmuş xarici turistləri qəbul etməyə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin Turizm və Səhiyyə Nazirlikilərinin birgə bəyanatında deyilir.

Qeyd olunur ki, turizm naziri Orit Farkaş-Hakoen və səhiyyə naziri Yuli Edelşteyn xarici ölkələrdən peyvənd olunmuş turistlərin qrup halında qəbul edilməsi proqramı barədə razılıq əldə ediblər.

Bu proqramın icrasının birinci mərhələsi mayın 23-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti