...

Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb

Dünya xəbərləri Materials 13 May 2021 04:45 (UTC +04:00)
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb

Bakı. Trend:

Son bir neçə gün ərzində Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Son 3 gün ərzində HƏMAS hərəkatının silahlılar Qəzza zolağından israil ərazisinə 1,5 mindən artıq raket atıblar".

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti