...

Braziliyada ötən sutka koronavirusa 18 mindən artıq yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 26 İyul 2021 09:31 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 18 129 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 688 663 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 476 nəfər ölüb, ölənlərin ümumi sayı 549 924 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti