...

Berlində atışma olub, 4 nəfər yaralanıb

Dünya xəbərləri Materials 31 İyul 2021 01:21 (UTC +04:00)
Berlində atışma olub, 4 nəfər yaralanıb

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən avtomobil dayanacaqlarından birində atışma baş verib.

Trend-in "Berliner Zeitung" qəzetinə istinadən verdiyi məlumata görə, naməlum şəxs 4 nəfərə odlu silahdan atəş açıb. İnsident nəticəsində 1 qadın və 3 kişi yaralanıb.

Məlumata əsasən, yaralılar xəstəxanaya çatdırılıb. İnsidentin səbəbi məlum deyil.

Bildirilir ki, hazırda polis əməkdaşları atəş açan şəxsin axtarışı üzrə əməliyyat keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti