...

ABŞ ölkəyə gələn xarici vətəndaşlardan peyvənd sertifikatı tələb edə bilər

Dünya xəbərləri Materials 5 Avqust 2021 02:48 (UTC +04:00)
ABŞ ölkəyə gələn xarici vətəndaşlardan peyvənd sertifikatı tələb edə bilər

Bakı. Trend:

ABŞ administrasiyası ölkəyə gələn bütün xarici vətəndaşlardan koronavirusa qarşı peyvənd sertifikatı tələb edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi "Reuters"ə bildirib.

Bununla əlaqədar tədbirlər bir sıra ölkələrdən ABŞ-a giriş üçün mövcud məhdudiyyətlərin ləğv edilməsi ilə eyni vaxtda qüvvəyə minməlidir.

Qeyd edilir ki, bu tədbirlər bütün xarici vətəndaşlara şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti