...

Haitidə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 304-ə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Avqust 2021 02:20 (UTC +04:00)
Haitidə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 304-ə çatıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Haitidə baş verən zəlzələ nəticəsində 304 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə əməliyyatlarından iştirak edən xilasedicilər deyib.

Onların sözlərinə görə, xəsarət alanların sayı 1,8 mini ötüb.

01:10

Haitidə baş verən zəlzələ nəticəsində 227 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Zəlzələ nəticəsində ölənlərin sayı artıb və 227 nəfərə çatıb. Cənub departamentində yüzlərlə yaralı və itkin düşmüş şəxs var. Xilasedicilər və vətəndaşlar tərəfindən həyata keçirilən ilk əməliyyatlar nəticəsində bir çox insanın dağıntılar altından çıxarılmasını mümkün olub. Xəstəxanalar yaralıların qəbulunu davam edir".

Qeyd edək ki, ötən gün Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti