...

İranda daha 538 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 14:22 (UTC +04:00)
İranda daha 538 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 538 nəfər koronavirusdan (COVID-19) ölüb, 26 854 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 112 430 nəfərə, yoluxanların sayı isə 5 210 978 nəfərə çatıb. Virus daşıyıcılarından 7 534 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 453 651 nəfər koronavirusdan sağalıb, 29,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 31,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 20,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 10,9 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 246 rayon qırmızı, 144 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti