...

FTB ABŞ prezidentinin fərmanı çərçivəsində 11 sentyabr terror aktına dair sənəd yayımlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2021 09:38 (UTC +04:00)
FTB ABŞ prezidentinin fərmanı çərçivəsində 11 sentyabr terror aktına dair sənəd yayımlayıb

Bakı. Trend:

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə prezidenti Co Baydenin fərmanı çərçivəsində 11 sentyabr 2001 -ci il hücumlarına dair sənədlərin birinci hissəsini yayımlayıb.

Trend-in məlumatına görə, sənəd FTB-nin saytında yerləşdirilib.

Məxfilikdən çıxarılmış sənəd 2016 -cı ilə aiddir. Sənəd 16 səhifədən ibarətdir və Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən, daha sonra Amerika vətəndaşlığı almaq istəyən bir şəxsin ifadəsinə əsaslanır. Mənbə adı da məxfilik səbəbindən silinib.

Hesabatda bu şəxsin, ABŞ hakimiyyətinə görə, 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək şəxslərlə təmaslarına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti