...

Rusiyada quş qripi ocaqları aşkar edilib

Dünya xəbərləri Materials 15 Sentyabr 2021 18:51 (UTC +04:00)
Rusiyada quş qripi ocaqları aşkar edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Çelyabinsk şəhərində yüksəkpatogenli quş qripi ocaqları aşkar edilib.

Trend-in məlumatına görə, yoluxma faktları bir özəl təsərrüfatda və iri təşkilatda müəyyən olunub.

Qeyd olunur ki, yoluxma baş verən sahələrdə 11 minədək ev quşu saxlanılır. Onların məhv ediləcəyi istisna olunmur.

Hələlik bölgədə insanların yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti