...

İranda daha 317 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 23 Sentyabr 2021 15:10 (UTC +04:00)
İranda daha 317 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 317 nəfər koronavirusdan (COVID-19) ölüb, 16 362 nəfər də bu virusa nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 118 508 nəfərə, yoluxanların sayı isə 5 493 591 nəfərə çatıb. Virus daşıyıcılarından 6 586 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 4 872 865 nəfər koronavirusdan sağalıb, 31,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 48,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 33,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14,9 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa, 136 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti