...

Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

Dünya xəbərləri Materials 27 Sentyabr 2021 07:01 (UTC +04:00)
Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

Bakı. Trend:

Almaniya Sosial Demokrat Partiyası ölkədə keçirilən parlament seçkilərində 25,7 faiz səs toplayaraq qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Federal Seçki Komissiyasının dərc etdiyi ilkin nəticələrdə deyilir.

Nəticələrə əsasən, ölkə parlamentində sayca ikinci ən böyük fraksiyanı Xristian Demokrat və Xristian Sosial İttifaqlar Bloku (24,1 faiz səs) formalaşdıracaq.

"Yaşıllar" partiyası 14,8 faiz səslə üçüncü yeri, Azad Demokratik Partiya 11,5 faiz səslə dördüncü yeri, "Almaniya üçün Alternativ" partiyası 10,3 faiz səslə beşinci tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti