...

Rusiyada sərnişin avtobusu aşıb, 12 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2021 02:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Xabarovsk diyarında sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a regionun Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi İdarəsindən bildiriblər.

Məlumata əsasən, qəza zamanı avtobusda 40 sərnişin və sürücü olub. Qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti