...

İsveçdə Məhəmməd peyğəmbərə çəkilmiş karikaturaların müəllifi qəza nəticəsində öldü

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 04:28 (UTC +04:00)

Bakı. Trend:

Məhəmməd peyğəmbərə çəkilmiş karikaturların müəllifi İsveçli Lars Vilks və onun mühafizəçiləri yük maşınının onların avtomobili ilə toqquşması nəticəsində ölüb.

Trend-in məlumatına görə, bu barədə SVT televiziya kanalı xəbər verib.

Məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yanıb, yük maşını sürücüsü ağır yaralanıb.

Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti