...

Boliviyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 10 Oktyabr 2021 10:24 (UTC +04:00)
Boliviyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

Boliviyanın Səhiyyə Nazirliyinin işçilərini dayışyan təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində ölkənin prezidenti Luis Arse yazıb.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə olan 6 nəfər qəza nəticəsində həlak olub.

L.Arse qəzanın səbəbinin araşdırılmasını tapşırıb və ölənlərin ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti