...

Vaşinqton metrosunda qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2021 04:50 (UTC +04:00)
Vaşinqton metrosunda qatar relsdən çıxıb

Bakı. Trend:

ABŞ-ın pyataxtı Vaşinqton şəhərinin "Arlinqton qəbiristanlığı" stansiyası yaxınlığında qatar relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə Vaşinqtonun Nəqliyyat İdarəsinin "Twitter" səhifəsində bildiriblər.

Məlumatda deyilir: "Arlinqton qəbiristanlığı" yaxınlığında qatarın relsdən çıxması səbəbindən [mavi xətdə - red.] hər iki istiqamətdə gecikmələr gözlənilir".

"NBC" telekanalının yerli şöbəsi bildirir ki, sərnişinlər bir saatdan artıq qatarda qalıblar. Hadisə yerində yanğınsöndürənlər işləyir və sərnişinləri stansiyadan çıxaracaqlar.

Hazırda adisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti