...

Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 18:19 (UTC +04:00)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

Seçiciləri ilə görüşü zamanı bıçaqlanan britaniyalı deputat dünyasını dəyişib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

***

17:05

Böyük Britaniya parlamentinin deputatı Devid Amess İngiltərənin cənubundakı Li-on-Si şəhərində seçicilərlə görüşü zamanı hücuma məruz qalıb.

Trend-in məlumatına görə, deputat naməlum şəxs tərəfindən bir neçə dəfə bıçaqlanıb.

Qeyd olunur ki, polis hücum edən şəxsi hadisə yerində saxlayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

D.Amessə yerində ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti