...

Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 02:01 (UTC +04:00)
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək

Bakı. Trend:

Bu gün Özbəkistanda prezidenti seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, prezident postu üçün ölkədə fəaliyyət göstərən partiyalar tərəfindən irəli sürülən 5 namizəd mübarizə aparacaq.

Seçki məntəqələri Bakı vaxtı ilə saat 07:00-da açılacaq və saat 19:00-da bağlanacaq.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə üçün ölkənin daxilində 10 761 seçki məntəqəsi açılacaq.

Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Prezident seçkilərinin ilk nəticələri oktyabrın 25-i açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti