...

Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 12:48 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 1 106 nəfər koronavirusdan vəfat edib ki, bu da pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, bugünədək ölənlərin sayı isə 232 775 nəfərə çatıb. Oktyabrın 23-də 1 075 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 36 446 nəfər koronavirusa yoluxub. Ötən gün 37 930 yoluxma qeydə alınmışdı.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,31 milyon nəfəri ötüb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti