...

Almaniyada klinikalara yardım üçün hərbçilər cəlb edilir

Dünya xəbərləri Materials 13 Noyabr 2021 20:02 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım üçün ilin sonuna qədər 12 min hərbçini səfərbər edəcək.

Trend-in məlumatına görə, bu barədə "Der Spiegel" xəbər verib.

Ehtiyatda olan hərbçilərin revaksinasiya, test prosesində maddi-texniki yardım göstərəcəkləri, zərurət yarandığı halda müvəqqəti hospitallar tikəcəkləri, nəqliyyat xidmətləri göstərəcəkləri nəzərdə tutulur. Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır, Katolik Milad bayramına qədər isə eyni sayda hərbçi səfərbər olunacaq.

Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti