...

ABŞ qırıcıları təlim zamanı nüvə başlıqları tətbiq ediblər

Dünya xəbərləri Materials 25 Noyabr 2021 03:51 (UTC +04:00)
ABŞ qırıcıları təlim zamanı nüvə başlıqları tətbiq ediblər

Bakı. Trend:

Amerikanın F-15E qırıcıları Nevada ştatında qeyri döyüş vəziyyətində olan nüvə bombaları ilə təlim bombardmanı həyata keçirib.

Trend xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, təlimlər çərçivəsində B61-3 və B61-4 taktiki bombaları daşıyan F-15E Strike Eagle qırıcıları Nellis bazasından qaldırılıb.

Əməliyyat Nevada ştatındakı Tonopa sınaq poliqonunda F-15E-nin B61 taktiki nüvə silahlarını hədəfə çatdırmaq imkanlarını yoxlamaq məqsədilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti