...

İsrail xarici turistlər üçün sərhədlərini bağladı

Dünya xəbərləri Materials 29 Noyabr 2021 02:31 (UTC +04:00)
İsrail xarici turistlər üçün sərhədlərini bağladı

Bakı. Trend:

İsrail Bakı vaxtı ilə saat 02:00-dan sərhədlərini xarici vətəndaşları üçün 14 gün müddətinə bağlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkəyə qayıdan İsrail vətəndaşları, öz növbəsində karantində qalmalı olacaqlar.

Qeyd edilir ki, sözügedən qərar koronavirusun yeni "omikron" ştammının yayılması ilə əlaqədar verilib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti