...

Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 1 Dekabr 2021 02:41 (UTC +04:00)
Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) 11 Avropa ölkəsində ən azı 44 koronavirusun "omikron" ştammına yoluxma halı qeydə alıb.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, xəstələrdə xəstəlik asemptomatik və yüngül keçir:

"Bu günə kimi xəstəliyi ağır keçirmə və ya ölüm halları müşahidə olunmayıb".

Eyni zamanda, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi daha doqquz ölkədə yeni variantın müəyyən edildiyini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti