...

23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 1 Dekabr 2021 22:40 (UTC +04:00)
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyanın azı 23 ölkəsində koronavirusun yeni "omikron" ştammına yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, "omikron" ştammının aşkarlandığı ölkələrin sayının artması gözlənilir və ÜST bu artımı "son dərəcə ekstremal" kimi qəbul edir.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti