...

Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 4 Dekabr 2021 22:18 (UTC +04:00)
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb

Bakı. Trend:

Türkiyənin Mardin əyalətinin Nusaybin rayononda böyük terror aktının qarşısı alınıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirt əyalətində keçiriləcək mitinqində təhlükəsizliyi təmin etməli olan polislərdən birinin avtomobilinin altına quraşdırılmış partlayıcı qurğu aşkar edilib.

Qeyd edilir ki, polis əməkdaşlarının sayıqlığı sayəsində terror aktının qarşısını almaq mümkün olub.

Hazırda partlayıcı qurğunu yerləşdirənlərin aşkar edilməsi üzrə araşdırma aparılır.

Xatırladaq ki, T.Ərdoğan bu gün Siirt əyalətində bir sıra tədbirlərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti