...

Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi məlum olub

Dünya xəbərləri Materials 27 Dekabr 2021 01:56 (UTC +04:00)
Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi məlum olub

Bakı. Trend:

"Hörümçək adam: Evə yol yoxdur" filmi 2021-ci ildə nümayiş olunan ən çox gəlir gətirən Hollivud filmi olub.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Piter Parkerin macəralarından bəhs edən Marvel-in üçüncü filminin nümayişindən cəmi 12 gün sonra onun kassa gəlirləri 1 milyard dolları ötüb.

Yalnız "Qisasçılar: Final" və "Qisasçılar: Sonsuzluq savaşı" bu göstəriciyə daha az vaxtda - müvafiq olaraq 5 və 11 gündə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti