...

Türkiyənin 40 vilayətində polis əməliyyat keçirib, 35 hərbçi saxlanılıb

Dünya xəbərləri Materials 11 Yanvar 2022 11:04 (UTC +04:00)
Türkiyənin 40 vilayətində polis əməliyyat keçirib, 35 hərbçi saxlanılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin 40 vilayətində polis əməliyyatları keçirilib.

Trend-in "Yeni Şafak" qəzetinə istinadən məlumatına görə, əməliyyatlar zamanı FETÖ terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 185 nəfər, o cümlədən 35 hərbçi saxlanılıb.

Əməliyyat zamanı polis 10 ədəd odlu silah müsadirə edib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti