...

Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi

Dünya xəbərləri 15 Yanvar 2022 23:27
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin dövlət sərhədi bölgəsində istənilən hücum Ankara tərəfindən daha sərt cavab tədbirləri ilə qarşılanacaq. Heç kim buna şübhə etməsin!

Trend-in məlumatına görə, bunu "Anadolu" agentliyinə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya ilə sərhəddə hərbçilərin ölümünə cavab olaraq başladılan antiterror əməliyyatının gedişatını şərh edərkən deyib.

"Terrorçuların alçaq əməllərinə cavab olaraq onların hədəflərinə sarsıdıcı zərbələr endirilib. Yanvarın 15-nə olan məlumata görə, 44 terrorçu zərərsizləşdirilib. Qəhrəmanlarımızın qanı yerdə qalmayacaq", - deyə nazir bildirib.

Akar növbəti dəfə Rusiya və ABŞ-ı Suriya üzrə Türkiyə ilə razılaşmalar çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb.

"Türkiyənin səbri tükəndi", - deyə nazir əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də Şanlıurfa əyalətinin Akçakale rayonu ilə sərhəddə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti