...

Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynaya səfərlərini təxirə salmağa çağırıb

Dünya xəbərləri Materials 13 Fevral 2022 08:57 (UTC +04:00)
Körfəzin ərəb ölkələri öz vətəndaşlarını Ukraynaya səfərlərini təxirə salmağa çağırıb

Bakı. Trend:

Körfəzin əksər ərəb ölkələrinin hakimiyyəti təhlükəsizlik baxımından öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırıb.

Trend-in məlumatına görə, müvafiq bəyanatlar həmin dövlətlərin xarici işlər nazirlikləri və ya onların Kiyevdəki səfirlikləri tərəfindən yayılıb.

Məlumata əsasən, bəziləri isə Ukrayna ərazisində olan soydaşlarından bu ölkəni tərk etmələrini xahiş ediblər:

"Səudiyyə Ərəbistanının Ukraynadakı səfirliyi bütün vətəndaşları hazırda bu ölkəyə səfərlərini təxirə salmağa çağırır, həmçinin Ukrayna ərazisində olan vətəndaşları təcili tərk etmə prosedurunu asanlaşdırmaq üçün səfirliklə əlaqə saxlamağa çağırır", - deyə ölkənin Ukraynadakı səfirliyi öz "Twitter" səhifəsində yazıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ukraynadakı səfirliyi də analoji çağırış ilə həmvətənlərinə müraciət edib.

Qətər Xarici İşlər Nazirliyi həmçinin əmirlik vətəndaşlarından “zəruri olmadığı halda, Ukraynaya səfərlərini təxirə salmağı” xahiş edərək, Ukrayna ərazisindəki həmvətənlərini Qətərin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamağa çağırıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Ukraynaya səfərdən çəkinmək tələbinə əlavə olaraq, bu ölkədəki vətəndaşlarının “son hadisələri və qeyri-sabit vəziyyəti nəzərə alaraq, öz təhlükəsizlikləri üçün oranı tərk etməyə” çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti